Ərdoğan araya girdi: "Trampla danışdım, Putinlə də danışacağam"
"Suriyanın bilək yarışı sahəsinə çevrilməsinə imkan verməyəcəyik. Trampla danışdım, Putinlə də söhbət edəcəyəm".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Suriyada terrorçulara qarşı əsl mübarizəni ölkəsinin apardığını deyən Ərdoğan digər dövlətləri öz gizli məqsədləri naminə İŞİD və PYD/YPG-dən istifadə etməkdə günahlandırıb: "Terrorçuları xilas etmək istəyənlər bunu bacarmayacaq. Suriyada terrorun kökünü kəsəcəyik. Bu torpaqlarda insanların rahat yaşaması üçün bunu edəcəyik, "Fərat qalxanı", "Zeytun budağı" əməliyyatlarında necə etdiksə. Afrində 4123 terrorçunu zərərsizləşdirdik, İraqın şimalında 337 terrorçunu məhv etmişik".