Müsadirə edilmiş narkotik vasitələr YANDIRILDI

Lənkəran Şəhər-Rayon Polis Şöbəsində rayon məhkəməsinin qərarına əsasən, müsadirə olunmuş narkotik vasitələrin məhvetmə kampaniyası keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında yaradılmış komissiyanın iştirakı ilə Lənkəran icra şöbəsinin icraatında olan 55 icra sənədi üzrə müxtəlif çəkidə, külli miqdar hesab edilməyən narkotik vasitələr yandırılaraq məhv edilib.

 

Yandırılma prosesi zamanı əsasən rayon məhkəməsinin son iki il ərzindəki icra qərarlarına əsasən, müsadirə olunmuş narkotik dövriyyədən çıxarılıb.

 

Prosesi şəhər icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyanın üzvləri, media mümayəndələri də izləyiblər.

 

Müəllif | Apa.Tv