Bərdədə "RAF" yanıb, 9 sərnişin xəsarət alıb
Bərdədə fəhlələri daşıyan mikroavtobus yanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şahvəlilər kəndində baş verib.
Kəlbəcər rayon sakini, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı mikroavtobus qəfildən yanıb. Hadisə yerinə FHN-in Ağdam rayon Dövlət Yanğındanmühafizə Hissəsi və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı xəsarət alan 9 nəfər sərnişin - 58 yaşlı Sərvinaz Səfərova, 58 yaşlı Gilə Şərifova, 48 yaşlı Həlimə Məmmədova, 41 yaşlı Rəna Məmmədova, 40 yaşlı Şəkurə Hacıyeva, 27 yaşlı Elmir Rəhimov, 26 yaşlı Elnarə Məmmədova, 16 yaşlı Ayşə Məmmədova və huşsuz vəziyyətdə olan Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlara tibbi yardım göstərilib. Vəziyyətləri hazırda qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.