Oğuzda bədbəxt hadisə: İH nümayəndəsinin oğlu hündürlükdən yıxıldı

Oğuz sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin  məlumatına görə, hadisə rayonun Yaqublu kəndi ərazisindəki, ötən əsrin 80-ci illərində inşa edilən və hazırda qismən fəaliyyət göstərən  “Oğuz Şərab” Açıq Səhmdar Cəmiyyətində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü İsmayılov Cavid Bəxtiyar oğlu yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Ancaq xəstəxanaya çatarkən onun artıq dünyasını dəyişdiyi məlum olub.

Bundan sonra 30 yaşlı Cavidin meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına göndərilib.

Qeyd edək ki, iki övlad atası olan C.İsmayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi  inzibati ərazisi üzrə nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur.

Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv