Ruslar Əsədi girov götürdü - HƏRBİ BAZADA SAXLANILIR
Suriya prezidenti Bəşər Əsəd rus hərbçilərin müşayiəti ilə Hmeymim aviabazasına yerləşib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, əsgərlərin əhatəsində Dəməşqdəki iqamətgahını tərk edərək Hmeymim bazasındakı pəncərəsiz bir sığınacaqda saxlanılır. Onun yanında Suriya hökumətindən kimsənin olmadığı bildirilir.
Amerika mətbuatında yer alan xəbərlərdə ABŞ hərbi təyyarələrinin Hmeymim aviabazası ilə Tartus yaxınlığında kəşfiyyat uçuşları həyata keçirdiyi qeyd olunub.