Rusiya XİN: Əsəd qərbin adamıdır

"Bəşər Əsəd əvvəllər Vaşinqtonun və Londonun dostu idi, Moskvanın yox". APA TV-nin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova "Sky News" telekanalına müsahibəsində belə deyib.

"ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Senatda işlərkən onların dostluq münasibətləri olub. Bundan əlavə Əsəd ömrünün böyük bir hissəsini Londonda keçirib. O daha çox qərbin adamıdır, bizim yox" - deyə, M.Zaxarova əlavə edib.

Moskva ilə Vaşinqton arasında yaşanan gərginliyə münasibət bildirən nazirlik nümayəndəsi belə problemlərin güc yox, danışıqlar yolu ilə həll edilməsinə tərəfdar olduqlarını bildirib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı