Serj Sarkisyan Ermənistanın baş naziri ola bilər

Ermənistanın baş naziri vəzifəsinə sabiq prezident Serj Sarkisyanın namizədliyi irəli sürülüb.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, bu qərarı parlamentin vitse-spikeri Eduard Şarmazanov elan edib: "Serj Sarkisyanın prezidentliyi dövründə bir çox səhvlərə yol verilib. Bu, həm demokratiya və insan hüquqlarının müdafiəsi, həm də Dağlıq Qarabağ məsələsində özünü göstərib. Bununla belə, İcraiyyə Komitəsinin üzvləri yekdilliklə S.Sarkisyanın baş nazir postuna namizədliyini dəstəkləyib".

 

Qeyd edək ki, S.Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov