Səudiyyə İspaniyadan hərbi gəmilər alır - YƏMƏN VƏ İRANA QARŞI
Səudiyyə Ərəbistanı İspaniyadan hərbi gəmilər alacaq.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman İspaniya səfəri çərçivəsində bu ölkə ilə müqavilə imzalayıb.
Fransadan sonra İspaniyaya gedən vəliəhd Kral Filliplə görüşüb, daha sonra İspaniya baş naziri Mariano Racoy və müdafiə naziri Maria Kospedal ilə bir araya gəlib.
Səudiyyə Ərəbistanı İspaniya ilə 2 milyard avro dəyərində 5 ədəd "Avante 2200" adlı hərbi gəmilər alınması barədə razılaşıb.
Onlardan gələcəkdə Yəmən və İrana qarşı hərbi əməliyyatlarda istifadə olunacaq.
Həmçinin danışıqlarda İspaniyanın Səudiyyə Ərəbistanında hərbi baza yaratması məsələsi də müzakirə olunub.