"Telegram" Rusiya ərazisində bloklandı

Moskva şəhər Taqansk rayon məhkəməsinin qərarı ilə "Telegram" messenceri Rusiya Federasiyası ərazisində bloklanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına  görə, məhkəmənin qərarı dərhal qüvvəyə minib. Messencer öz şifrələrini Federal Təhlükəsizlik Xidmətinin tələbi əsasında bu quruma verməyə razılaşana qədər qərar qüvvədə qalacaq.

 

"Telegram" qərardan apellyasiya şikayəti verə bilər.

 

Sosial şəbəkənin yaradıcısı Pavel Durov məhkəməni "açıq fars" adlandırıb və qərarı tanımayacağını bildirib.

 

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti istifadəçi yazışmalarına çıxış əldə etmək üçün "Telegram"dan müvafiq şifrələri istəyib. Lakin messencer bunu rədd edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov