Masallıda "Jiquli" qəza törətdi: 4 yaralı

Masallıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə avtomaşında olan 4 nəfər xəsarət alıb.

 

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslər rayonun Kalinovka kənd sakinləri - 22 yaşlı Elvin Fərzəliyev, 21 yaşlı Orxan Bağırov, 38 yaşlı İnşallah Məmmədov və 40 yaşlı Rəsul Calıyevdir.

 

Hazırda onların müalicəsi travmatologiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov