ÇL-nin yarımfinalında bu klublar qarşılaşacaq - PÜŞK ATILDI
Çempionlar Liqasının yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. APA TV-nin məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirinin 4 iştirakçısı 2 cütlük təşkil edib.
Püşk “Bavariya” (Almaniya) və “Real”ı (İspaniya) yarımfinalda üz-üzə qoyub. Digər matçda isə “Liverpul”la (İngiltərə) “Roma” (İtaliya) görüşəcək.
Bu mərhələnin ilk oyunları aprelin 24-25-də keçiriləcək. Cavab görüşləri mayın 1-2-də baş tutacaq.
Püşk final matçının nominal meydan sahibini də müəyyənləşdirib. Bu qarşılaşmada meydan sahibi “Bavariya” - “Real” cütünün qalibi olacaq.