Aralıq dənizində hansı ölkənin nə qədər hərbi gücü var?

Rusiya və ABŞ arasındakı gərginlik artıq Suriya ətrafında müxtəlif hərbi qüvvələrin toplanmasına səbəb olub.


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ Suriya sahillərinə özünün ən güclü raket başlıqlarına sahib "Donald Kuk" və digər döyüş gəmilərini toplayıb.
 

Aralıq dənizinin şərqində ABŞ-ın hər birində 60 ədəd raket başlıqlı 6 gəmidən ibarət eskadrası ilə yanaşı 150 nüvə başlıqlı raketə sahib bir sualtı qayığı da var. Bundan əlavə "Hari Truman" adlı təyyarə daşıyan gəmi və 4 ədəd müşahidə gəmisi də Suriya sahillərində lövbər salıb. ABŞ həmçinin İncirlikdəki hərbi hava bazasındakı qırıcıları da hazır vəziyyətdə saxlayır.

 

İngiltərə və Fransa da sualtı qayıqlarını bölgəyə istiqamətləndirib. Bundan əlavə Birləşmiş Krallığın Kiprin cənubunda "Agroto" və "Dikelya" adlı hərbi bazaları da mövcuddur. Bununla yanaşı İngiltərə bölgədə hava qüvvələrinin sayını artırmaqda davam edir.

 

Rusiya Müdafiə Nazirliyi bölgədə rəqiblərin çoxaldığından ehtiyat tədbirlərə əl atıb. Hərbi hava bazalarının vurulacağından ehtiyat edən Rusiya onların bir hissəsini köçürməyə başlayır. Lazkiyədə yerləşən hərbi baza artıq boşaldılıb. Xeyli sayda rus hərbçisinin olduğu bu baza müttəfiqlərin əməliyyata başlayacağı halda ilk hədəf olacaq. "S-400"lər isə artıq aktivləşdirilib və döyüş vəziyyətinə gətirilib.

 

Bundan əlavə, Rusiyanın Suriyanın şimal-qərbində yerləşən Tartus limanında 6 hərbi gəmisi mövcuddur. Rusiya donanmasının nüvə başlıqlı raketlər daşıyan "Moskva" gəmisi isə Tartus limanında tam döyüş vəziyyətinə gətirilib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı