Üç erməni minaya düşdü - ƏL VƏ AYAQLARI AMPUTASİYA EDİLİB

Ermənistanın Tavuş vilayətində tərəvəz yığan sakinlər minaya düşüb.

 

APA TV-nin  Ermənistan mətbuatına istinadən məlumatına görə, hadisə zamanı Ayqepar kənd sakinləri, soyadları açıqlanmayan 37 yaşlı Aram, 36 yaşlı Nver və 32 yaşlı Asthiq ağır yaralanıblar.

 

Onların yuxarı və aşağı ətrafları amputasiya edilib.

Xatırladaq ki, adı çəkilən kəndin yaxınlığındakı yüksəkliklərdən Azərbaycan Ordusunun mövqeləri mütəmadi atəşə tutulur.

Müəllif | Apa.Tv
Fərid Rəsulov