Səudiyyədə daha bir ilk - MODA HƏFTƏSİ BAŞLADI
Səudiyyə Ərəbistanında daha bir ilkə imza atılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxt Ər-Rİyadda 4 gün davam edəcək "Ərəb Moda Həftəsi" başlayıb.
Qatı şəriət qanunlarının hökm sürdüyü ölkədə ilk dəfə həyata keçirilən moda həftəsi, kameralardan gizlədilir.
Paul Qalter və Roberto Kavali kimi məşhur modelyerlərin iştirak etdiyi moda həftəsi yalnız qadınlar üçün nəzərdə tutulub.
Səudiyyə Ərəbistanı şahzadəsi Noura ibn Faysal verdiyi açıqlamada ilk dəfə təşkil olunan moda həftəsinin ölkənin moda sənayesini yeni bir səviyyəyə çatdıracağını bildirib.