Azərbaycanlı fəal "MÖHTƏŞƏM YÜZ İL"İ MƏHKƏMƏYƏ VERDİ
Əslən Cənubi Azərbaycandan olan Məhbub Əmrahi "Möhtəşəm Yüz il" serialını çəkən şirkəti məhkəmə verib. Şikayət Ankara Şəhər Prokurorluğuna edilib. Məhbub Əmrahi APA TV-yə deyib ki, məhkəməyə səbəb serialın 115-ci seriyasında Səfəvilər dövlətinin fars dövləti kimi göstərilməsidir: "Mən sadəcə burda türk kimliyi məsələsini və tarixi gerçəklikləri dilə gətirməyə çalışmışam. Bu serial çox geniş miqyasda yayımlanır. Orta Doğuda, Balkanlarda, Avropada və s. Dünya ictimaiyyətinə Səfəvilər haqda yanlış bilgi verilir. Mən belə düşünürəm ki, Səfəvilərin türk olduğunu daha çox vurğulamaları gərəkir".
Məhbub Əmrahi bildirir ki, məhkəmənin onun xeyrinə qərar verəcəyini inanır.
Şikayətçinin sözlərinə görə, İranın rəsmi xəbər agentliyi "İrna" da bu barədə informasiya yayıb. Bir müddət keçdikdən sonra həmin xəbəri saytdan çıxarıb. Serialı çəkən şirkət İstanbulda qeydiyyatda olduğundan prokurorluğunun işi İstanbula göndərməsi və ya özünün baxacağı qarşıdakı günlərdə bilinəcək.
Məhbub Əmrahi siyasi fəaldır. 2006-cı ildə İranda baş verən aksiyalar görə həbs edilib.