Türkiyədə "qanuni oğrular" tutuldu

Türkiyə polisi "qanuni oğru" - Qayoz Zviadadzenin ölümündə şübhəli bilinən 6 nəfəri həbs edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, saxlanılanlar arasında rus, gürcü və ermənilər də var.

 

Qeyd edək ki, 59 yaşlı Qayoz Zviadadze Türkiyənin Antalya şəhərində qətlə yetirilib. Ehtimallara görə, Zviadadzenin qətli onun başqa bir "qanuni oğru" Nodar Asoyanla Rusiyanın Rostov bölgəsində liderlik uğrunda qarşıdurmasına görə həyata keçirilib.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı