Goranboyda avtomobil motorollerlə toqquşub - YARALILAR VAR

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Vüqar Cəfərovun idarə etdiyi "Nissan" markalı avtomobil motorollerlə toqquşub. Qəza nəticəsində motorollerdə olan 1996-cı il təvəllüdlü Əfqan Əliyev və 1990-cı il təvəllüdlü Lalə Mehdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv