Xaçmazda 37 yaşlı kişi bıçaqlanıb
Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Qədirov Rəsul Tofiq oğlu bıçaqlanıb.
O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və cərrahi əməliyyat olunub.
Faktla bağlı rayon polisi tərəfindən araşdırmalar davam etdirilir.