Tramp Rusiyaya xəbərdarlıq etdi: Qərar verin!
ABŞ prezidenti Rusiyaya xəbərdarlıq edib.
APA TV-nin məlumatına görə, bu barədə "NBC News" xəbər verib.
"2013-cü ildə prezident Vladimir Putin və onun hökuməti Suriyanın kimyəvi silahının məhv ediləcəyini dünyaya vəd edib. Lakin silahlar məhv edilməyib. Bəşər Əsəd rejiminin bu yaxınlardakı hücumu və hazırda baş verənlər Rusiyanın vədlərinə əməl etməməsinin nəticəsidir. Rusiya qərar verməlidir - "qara yollar"la hərəkət etməyə davam və yaxud sivil ölkələrlə birgə sabitlik və sülhü təmin etmək".
Tramp əlavə edib ki, heç bir millət və dövlət qatil diktatorları, amansız tiranları, "izqoy" dövlətləri dəstəkləyərək inkişaf edə bilməz.