Türkiyə bəyanat verdi: Əməliyyatlardan məmnunuq
"Suriya rejiminə qarşı əməliyyatdan məmnunuq". APA TV-nin məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi belə bir bəyanat yayıb.
Açıqlamada ABŞ, Fransa və İngiltərənin başladığı hərbi əməliyyatın yerində atılmış addım olduğu bildirilir, habelə kütləvi qırğın silahlarından istifadə edilməklə, Dumaya edilən hücumun insanlıqdan kənar addım olduğu bildirilir.
Rəsmi Ankara həmçinin yuxarıda adı çəkilən üçlüyün analoji addımlarının cəzasız qalmamalı, BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən bu istiqamətdə zəruri addımların atılmalı olduğunu bəyan edib.