İsrail: Suriyaya müdaxilə İrana siqnaldır
"Qərb koalisiyasının Suriya ərazisinə zərbələri İran, Suriya və "Hizbullah"a vacib siqnaldır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu İsrailin təhlükəsizlik kabinetinin üzvü Yoav Qalant deyib: "Bu zərbələr "şər üçbucağı" üçün çox vacib siqnaldır: İran, Suriya və "Hizbullah". Kimyəvi silahdan istifadə qırmızı xəttin keçilməsidir və insanlıq buna dözüm göstərə bilməz".