Bəşər Əsədin bombardmanlardan sonra ilk görüntüsü - DƏMƏŞQDƏDİR

Suriya prezidenti Bəşər Əsədin koalisiyanın bombardmanından sonra ilk görüntüsü yayılıb.

 

APA  TV-nin məlumatına görə, ötən gün ABŞ, İngiltərə və Fransanın hava zərbələrindən sonra çəkildiyi bildirilən görüntü Suriya prezident sarayının "Twitter" səhifəsindən paylaşılıb. 9 saniyəlik videoda Bəşər Əsəd prezident sarayına daxil olur.

Qeyd edək ki, bir neçə gün öncə onun Dəməşqi tərk edərək ailəsi ilə Tehrana qaçdığı, daha sonra isə rusiyalı hərbçilər tərəfindən Hmeymim hərbi bazasına aparılaraq gizlədildiyi xəbərləri yayılmışdı.

Müəllif | Apa.Tv
Fərid Rəsulov