NATO: Suriyada başladılan əməliyyatı dəstəkləyirik
"Hərbi əməliyyatı dəstəkləyirik. Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir".
APA TV-nin məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stotlenberqin yazılı bəyanatında deyilir.
Bəyanatda ABŞ , Böyük Britaniya və Fransanın Bəşər Əsədin kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatının dəstəkləndiyi, bu addımın rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyi bildirilir: "Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə bir təhdid olaraq görür".