Britaniyada avtomobil piyadaları vurub - YARALILAR VAR

Böyük Britaniyanın Mançester şəhərində avtomobil kütləyə çırpılıb.

 APA TV-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin qarşısında baş verən hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb. Onların ağır yaralandığı bildirilir. Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir. İlkin versiyaya görə, insident yol qəzası nəticəsində baş verib.

Müəllif | Apa.Tv
Apa.tv