Yevlaxda avtomobil aşıb - YARALILAR VAR
Yevlaxda 4 nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən sürücü idarəetməni itirib və avtomaşın yol kənarına yuvarlanıb. Qəza zamanı 4 nəfər xəsarət alıb. Onlardan Aran qəsəbəsi sakinləri Namiq Məmmədov, Vüsal Quliyev və Amin Hacıyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına, Zaur Əhmədov isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti hazırda stabildir.
Faktla bağlı araşdırmalara başlanıb.