Bakıya gələn baş nazirin təyyarəsi məcburi eniş edib - QƏZA TƏHLÜKƏSİ

Afinadan Bakıya istiqamət alan Yunanıstan baş nazirinin təyyarəsi geri qayıtmalı olub. Antonis Samarasın təyyarəsi havaya qalxdıqdan 15 dəqiqə sonra geriyə dönmək məcburiyyətində qalıb. Yunanıstan mətbuatının verdiyi məlumata görə, təyyarənin texniki səbəblər ucbatından Elefsina hərbi hava limanına məcburi eniş etdiyi bildirilir.
Qeyd edək ki, Yunanıstan hökumətinin rəhbəri Bakıya Trans Adriatik qaz kəməri ilə bağlı sazişin imzalanması mərasimində iştirak etmək üçün gəlirmiş.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv