Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilə bilər - BAXÇALI İSRAR EDİR
Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif olunub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib.
Prezident üsul-idarəsinin hələ tam tətbiq olunmadığını söyləyən D.Baxçalı hazırda Türkiyənin xarici qüvvələrin təhdidi altında olduğunu bildirib: "Təklifimiz 26 avqust 2018-ci ildə prezident və parlament seçkilərinin keçirilməsi, xalqımızın Türkiyə düşmənlərinə lazımi dərs verməsidir. Növbədənkənar seçkilərin keçirilməsi bir milli zərurətdir".