Serj Sarkisyan Ermənistanın baş naziri oldu

Serj Sarkisyan Ermənistanın yeni baş naziri seçilib.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu gün Ermənistan parlamentinin xüsusi iclası baş tutub. İclasda yeni baş nazirin təyin olunması məqsədilə səsvermə keçirilib.

 

Səsvermə nəticəsində "Respublika" partiyasının namizədi Serj Sarkisyan 77 leyhinə, 17 əleyhinə səslə ölkənin yeni baş naziri seçilib.

 

Konstitusiyaya edilən son dəyişikliklərdən sonra baş nazir 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət üzvlərindən ibarət namizədləri prezidentə təqdim etməlidir.

 

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistanda güclü etirazlarla müşayiət olunur.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı