Şirvanda piyadanı vuran avtomobil yoldan çıxaraq gölə düşdü
Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin qərb girişində qeydə alınıb.
1993-cü il təvəllüdlü Şirvan sakini İsgəndərov Elvin Nofiq oğlu idarə etdiyi “Mercedes” markalı 10 RU 830 dövlət nömrə nişanlı avtomobillə yolun kənarı ilə gedən Şirvan sakini, 1962-ci il təvəllüdlü Alxanov Fikrət Əflan oğlunu vurub. Nəticədə avtomobil yoldan çıxararaq gölə düşüb.
Qəza nəticəsində piyada ağır kəllə-beyin travması ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə, avtomobildə olan sürücünün qardaşı - 1989-cu il təvəllüdlü İsgəndərov Sakit Nofiq oğlu isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.