Ruslar Suriyanın Duma şəhərində kimyəvi silah anbarı tapıb
Rusiya hərbçiləri Suriyanın Duma şəhərində kimyəvi silah istehsalında istifadə edilən maddələrin saxlanıldığı anbar aşkarlayıb.
APA TV-nin Rusiyanın “Zvezda” telekanalına istinadən verdiyi xəbərə görə, yaşayış binasının zirzəmisində yerləşən anbar kimyəvi laboratoriya kimi təchiz edilib.
Rusiyalı mütəxəssislər aşkarlanan maddələrin öldürücü iprit qazının istehsalında istifadə edildiyini istisna etməyib.
Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi uzun müddət silahlıların nəzarətində qalmış Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Daha sonra ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket zərbələri endirib.