Azərbaycanlı iş adamı RZA ZƏRRAB HƏBS OLUNDU
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri üzrə Şöbəsi azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabı saxlayıb. APA TV-nin xəbərinə görə, korrupsiya və rüşvətin qarşısının alınması ilə bağlı əməliyyat keçirən qurum məhşur iş adamları və 3 nazir oğlunun da daxil olduğu 22 şəxsi sorğuya çəkib. Saxlanılanlar arasında türkiyəli məşhur iş adamı Əli Ağaoğlu da var.
Bu şəxslərin TOKİ tenderində rüşəvt vermələri səbəbi ilə bir ildən çoxdur ki, izlənildikləri deyilir.
Rza Zərrab 1984-cü ildə Bakıda anadan olub. Varlı ailənin oğlu olan Zərrab gənc yaşlarından ticarətə atılıb. Gəmi, neft və qızıl ticarəti ilə məşğul olub. Xüsusilə qızıl ticarəti sahəsində məşhur olan azərbaycanlı iş adamı müğənni Ebru Gündeşlə evlidir.