Ermənistanda inqilab komitəsi yaradıldı - MÜXALİFƏT GERİ ÇƏKİLMİR

İrəvanın mərkəzindəki Respublika meydanında müxalifətin mitinqləri davam edir. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.  


Sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan "məxməri inqilab" komitəsinin yaradıldığını bəyan edib.


O, yaradılan komitənin qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib.

"Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər" - deyə, Nikol Paşinyan mitinqdə bildirib.      

 

Əlavə edib ki, aprelin 18-dən bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanacaq, İrəvanda isə onun tərəfdarları hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov