İran və Türkiyə prezidentləri arasında telefon danışığı - ANKARA FİKRİNDƏ QƏTİDİR

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriyada gərginliyin artmasından narahat olduqlarını ifadə ediblər.

Ərdoğan kimyəvi silahdan istifadə edilməsinə ölkəsinin yanaşmasının dəyişməz qaldığını bir daha vurğulayıb.

Hər iki lider Suriyanın ərazi bütövlüyünün qorunmasını, böhranın siyasi müstəvidə həlli istiqamətində Türkiyə, Rusiya və İranın birgə fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığında Türkiyə ilə İran arasında münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə edilib.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı