Cəlilabadda dəhşətli qəza: 1 ölü, 3 yaralı
Cəlilabadda baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük maşını ilə eyni markalı sərnişin mikroavtobusu toqquşub.
Nəticədə biri yüngül olmaqla 4 nəfər xəsarət alıb. Hadisə yerinə Cəlilabad və Biləsuvar rayonlarından təcili yardım briqadaları və FHN-nin xilasediciləri cəlb olunub. Yaralılardan Masallı rayonunun Əhmədli kənd sakini, 1981-ci il təvəllüdlü Mehman Zakir oğlu Qəfərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yola salınıb.
Faktla bağlı araşdırma aparılır.