Müxalifət Serj Sarkisyanın iqamətgahına doğru irəliləyir - EV BLOKADAYA ALINIR
Ermənistanda parlamentin üzvü Nikol Paşinyanın liderliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilər hökumət başçısının iqamətgahı önünə toplaşıb.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Nikol Paşinyan iqamətgahın blokadaya alınacağını elan edib.
N. Paşinyan çıxışında deyib ki, gecə Serj Sarkisyan polis qüvvələrinin və tikanlı məftillərin küçələrdən yığışdırılmasına göstəriş verib: "Çünki mən dünən Respublika meydanında bəyan etmişdim ki, bundan sonra Serj Sarkisyan Ermənistana tikanlı məftillərin arxasından boylanacaq".
Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir təyin olunub.