Bakı bulvarı ərazisində dənizdən meyit çıxarıldı
Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi meyiti aşkar edilib.
FHN-dən APA TV-yə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.