Azərbaycan hökuməti istefaya getdi - PREZİDENT SƏRƏNCAM VERDİ

Azərbaycan Nazirlər Kabineti bu gün istefa verib.

 

APA TV-nin məlumatına görə, and içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

 

Yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası prezidentinə istefa verir.


Aprelin 18-də prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

 

Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsini nəzərə alan prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsini bu Sərəncamla Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov