İrəvan meriyası mühasirəyə alındı - MERİN İSTEFASI TƏLƏB OLUNUR
İrəvanda etirazlar səngimir.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, aksiya etirazçıları meriyanın binasını mühasirəyə alıb:
Binanın pilləkənlərində oturan aksiya iştirakçıları şəhər meri Taron Marqaryanın istefasını və dərhal binanı tərk etməsini tələb edib:
Qeyd edək ki, mer başda olmaqla sözü gedən qurumun fəaliyyətindən uzun müddətdir narazılıqlar yaranıb.