Ermənistanın daha iki şəhəri ayağa qalxdı - ETİRAZ DALĞASI YAYILIR

Ermənistanda etiraz dalğası paytaxtdan sonra digər şəhərlərə də yayılıb.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Gümrü və Vanadzor şəhərlərində tələbələr küçələrə çıxaraq, hakimiyyətin istefasını tələb ediblər

 

Vanadzordakı aksiyalara müxalifət liderlərindən Zarui Postancyan başçılıq edir.

 

Z. Postancyan kütlə qarşısında çıxış edərək, tezliklə etirazların genişləndiriləcəyini və ölkəni mitinq dalğasının bürüyəcəyini bildirib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov