Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə gedir - ƏRDOĞAN VAXTI AÇIQLADI
"Bu gün Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının növbədənkənar prezident və parlament seçkiləri keçiriliməsi ilə bağlı təklifini keçirdiyimiz görüşdə geniş müzakirə etdik".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu bu gün Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi və keçən il aprelin 16-da parlament üsul-idarəsindən prezident üsul idarəsinə keçidlə bağlı referendumdan bəhs edən Türkiyə prezidenti baş nazirlə arasında fikir ayrılıqları olmaması səbəbindən idərəçilikdə ciddi problemlər qarşıya çıxmadığını qeyd edib: "Yeni idarəetmə üsuluna keçid zərurətə çevrilib. Dövlət Baxçalının təklifini partiyamızda geniş müzakirə etdik və müsbət qarşıladıq . Seçkinin 24 iyun 2018-ci ildə keçirilməsinə qərar verdik".