ABŞ və Avropada yaşayan ermənilər də etirazlara başladı - SERJ SARKİSYANIN ŞƏKİLLƏRİ YANDIRILDI
Ermənistandakı etiraz aksiyaları ABŞ və Avropa ölkələrinə də sıçrayıb.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, ABŞ-ın Los-Anceles və Fransanın Marsel şəhərlərində etirazçılar Ermənistan Konsulluğunun qarşısına gələrək "Addım at, Serji at!" kampaniyasına başlayıb.
Los-Ancelesdə aksiya iştirakçıları həmçinin baş nazir Serj Sarkisyanın portretini binadan çıxararaq od vurub.