İranın dövlət idarələrində "Whatsapp" və "Messenger" qadağan edildi

İranda xarici mesaj proqramları qadağan edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə yerli mətbuat orqanları xəbər yayıb.

 

İran Strateji İdarəetmə Mərkəzi sədri Rza Cəvahiri dövlət idarələrində xarici mesajlaşma vasitələrindən istifadənin qadağan olunması barədə qərar verildiyini bildirib. Bu gündən etibarən artıq İranda yerli mesajlaşma vasitələrindən istifadə olunacaq.

 

Qeyd edək ki, bu gün səhər saatlarında İranın dini lideri Ayətullah Xamneyi öz "Telegram" hesabını bağladığını bəyan edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov