Masazırda 32 yaşlı qadın eyvandan yıxılaraq həyatını itirib

Abşeron rayonunda bədbəxt hadisə baş verib. APA TV xəbər verir ki, Masazır qəsəbəsində qeydə alınmış hadisə zamanı bir nəfər binadan yıxılıb.

Məlumata görə, 1986-cı il təvəllüdlü Əhmədəliyeva Səkinə Bəxtiyar qızı yaşadığı mənzilin eyvanında iş görürmüş. Lakin qəfildən o, müvazinətini itirib və ehtiyatsızlıqdan beşinci mərtəbədən yerə yıxılıb. Ağır xəsarətlər və travma almış qadın xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.

Hadisənin hansı şəraitdə baş verməsi Abşeron rayon Prokurorluğu tərəfindən araşdırılır. Əraziyə istintaq qrupu və polis əməkdaşları cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv