İraqda 300 İŞİD üzvü edam ediləcək - ÇOXU MDB VƏ TÜRKİYƏDƏNDİR

İraq məhkəməsi 300-dən çox şəxs barədə edam hökmü çıxarıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Bağdad və Mosulda edam ediləcək şəxslərin İŞİD üzvü olduğu bildirilir.

 

Edam məhkumlarının arasında xeyli sayda xarici, o cümlədən MDB və Türkiyə vətəndaşı var.

 

Qeyd edək ki, təkcə Mosul məhkəməsi 212 nəfərə edam hökmü çıxarmaqla yanaşı, 341 nəfərə ömürlük həbs cəzası verib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı