Radanın deputatları dalaşdı - BİRİNİN BURNU SINDI

Ukraynada canlı efirdən sonra deputatlar arasında dava olub.

 

APA TV-nin məlumatına görə, deputat Sergey Melniçuk ilə "Radikal partiyası"nın nümayəndəsi Dimitriy Linko arasında "NewsOne" telekanalının canlı efirindən sonra münaqişə baş verib.

 

Münaqişəyə səbəb S.Melniçukun "Radikal" partiyasından uzaqlaşdırılmasıdır. O, D.Linkoya hətta efir vaxtı zərbə endirməyə cəhd göstərib. Efirdə istəyini həyata keçirməyə müvəffəq olmayan S.Melniçuk daha sonra öz məqsədinə çatıb.

 

D.Linko ondan şikayət etməyəcəyini bildirsə də, zərbədən burnu sınıb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı