Tovuzda iki nəfər balıqdan zəhərləndi

Tovuzda iki nəfər balıqdan zəhərlənib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonun Girzan kəndində 1967-ci il təvəllüdlü Tahir Əliyev və 1966-cı il təvəllüdlü İlqar Abbasov zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

 

Zərərçəkənlər bildiriblər ki, soyuducuda saxladıqları balıq məhsulundan istifadə etdikdən sonra zəhərləniblər.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli