Yağış yağacaq, dolu düşəcək, temperatur 4-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. 

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18 dərəcə, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. 

 

Aprelin 20-si gündüz qərb rayonlarından başlayaraq 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. 

 

Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli