Erməni müxalifətçi: "Gənclərin sevgilisinə gül almağa pulu yoxdur"

"Bu, hələ başlanğıcdır. Biz tezliklə qələbəni bayram edəcəyik".

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu "Vətəndaş anlaşması" partiyasının lideri Sasun Mikaelyan bildirib: "Hakimiyyət ölkəni pis vəziyyətə salıb. Bu adamlar ölkədən getməlidir. Gənclərin sevgilisinə gül almağa pulu yoxdur, bilirsiniz bu nə deməkdir? Hər kəs küçələrə çıxıb bu vəziyyətlə mübarizə aparmalıdır".

 

Qeyd edək ki, aprelin 16-dan etibarən Ermənistan müxalifəti sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunması, habelə ölkədəki sosial problemlərə etiraz əlaməti olaraq küçələrə çıxıb.

 

Etirazçılar S.Sarkisyan başda olmaqla hökumətin istefasını, habelə mövcud problemlərin həllini tələb edir.

 

Aksiyalar zamanı indiyədək 100-ə yaxın etirazçı saxlanılıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov