Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vurub öldürdü
Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.
Şəbəkənin elektriki, 1969-cu il təvəllüdlü Gəncə şəhər sakini Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.