NATO və Rusiya generalları Bakıda - SURİYA BÖHRANI MÜZAKİRƏ OLUNACAQ

Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı arasında görüş olacaq.

APA TV-nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov artıq Bakıdadır.


Valeri Gerasimovla Kartis Skaparotti Rusiya və NATO-nun Avropa regionunda hərbi fəaliyyətini, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər. 


Səfər zamanı Valeri Gerasimovun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı